Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2024 22:42
UEFA İsrailin "Makkabi Tel-Əviv" komandası ilə Avropa Liqası matçında siyasi şüarlar səsləndirdiyi üçün "Midtyulland"ın türk əsilli futbolçusu Aral Şimşirlə bağlı araşdırmaya başlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Ekstra Bladet" məlumat yayıb.
Şimşir rəqiblərinə doğru baxaraq "Fələstinə azadlıq!" şüarını səsləndirib. Bildirilir ki, "Makkabi Tel-Əviv" klubunun nümayəndələri Şimşirin davranışı ilə bağlı şikayət edib. UEFA buna görə futbolçuya qarşı intizam işi açıb.
Qeyd edək ki, görüş "Partizan" stadionunda baş tutan görüş "Midtyulland"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.