Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda derbi, çempion “Şamaxı”ya qarşı

Paytaxtda derbi, çempion “Şamaxı”ya qarşı

Tarix: 27 Oktyabr 2024 11:24

Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulacaq.

Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, turun son günündə iki matç keçiriləcək.

Paytaxt derbisində "Sabah" "Neftçi"ni sınağa çəkəcək. İlk qələbəsini ötən tur qazanan qonaqlar ön sıralarda qərarlaşan rəqibini büdrətməyə çalışacaq.

Son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Ağdam klubu Avropadakı uğursuzluqları daxili arenada unutdurmağa, qonaqlar isə sensasiyaya imza atmağa çalışacaq.

Qeyd edək ki, növbəti tura noyabrın 1-də start veriləcək.


Etiketlər:  Paytaxtda derbi çempion Şamaxıya qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ