Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2024 22:12
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, M.Saakaşvili bu barədə feysbukdakı səhifəsində yazıb.
"Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - paylaşımda yazılıb.