Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalib bugün elan olunacaq - Diqqət Parisə yönəlib

Qalib bugün elan olunacaq - Diqqət Parisə yönəlib

Tarix: 28 Oktyabr 2024 11:50

Bu gün "France Football" nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatının qalibi məlum olacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki "Şatle" teatrında keçiriləcək. Tədbir saat 23:45-də başlayacaq.

2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan Vinisius Juniordur. 

"Qızıl top"un son qalibi isə Lionel Messidir. O, həmçinin tarixdə ən çox bu mükafatı qazanan oyunçudur (8 dəfə).


Etiketlər:  Qalib bugün elan olunacaq Diqqət Parisə yönəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ