Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 11:00
Əgər Gürcü Arzusunun qələbəsi təsdiqlənsə, qısa müddətdə Gürcüstanla Qərb arasında gərginliyin qorunub saxlanacağı, hətta daha da dərinləşəcəyi göz qabağındadır. Bu bölgə rusiyayönlü bölgəyə çevriləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Satik Seyranyan erməni mediasına geniş müsahibəsində deyib.
O bildirib ki, bu kontekstdə Ermənistanın qərbyönlü adaya çevriləcəyini və Gürcüstanın missiyasını öz üzərinə götürəcəyini düşünmək çox çətindir:
"Regionun ən zəif və ən həssas dövləti olan Ermənistan açıq-aşkar qərbyönlü ölkəyə çevrilə bilməz. Oriyentasiya Qərb olacaq, amma heç bir addım atılmayacaq. Noyabrın 5-də Amerikada keçiriləcək seçkilərdən çox şey asılıdır. Kamala Harris prezident olsa, ABŞ-ın regional siyasəti dəyişməyəcək və hətta bu şərtlər daxilində belə Ermənistan qərbyönlü adaya çevrilməyəcək. Qərb oriyentasiyasının şaxələndirilməsi müəyyən dəyişikliklərə məruz qalacaq. Paşinyanın Rusiyaya səfərləri, addımları həmin diversifikasiyanın məntiqi altındadır".
O xatırladıb ki, Ermənistan çox uzun müddət Avropa Birliyinə üzv olmayacaq.