Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 06:42
Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq hesab edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə o, Vyanada "Weltwoche" nəşrinə bildirib.
"Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın (Avropalı siyasətçilər - Qeyd) Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi barbarlıq və axmaqlıqdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola bilməyəcək və vəziyyət hər gün daha da pisləşir:
"Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz. Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır".