Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail “Hizbullah” komandirini ələ keçirdi

İsrail “Hizbullah” komandirini ələ keçirdi

Tarix: 2 Noyabr 2024 22:54

İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda "Hizbullah" hərəkatının komandirini ələ keçirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "N12" telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, əsir götürülən "Hizbullah" komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.

"Ynet" portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin "Şayetet-13" əməliyyatı zamanı ələ keçirilən şəxs İmad Amhazdır.

"The Times of Israel" isə yazır ki, o, "Hizbullah" hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.


Etiketlər:  İsrail Hizbullah komandirini ələ keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ