Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il Azərbaycanda turizm sahəsində vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

Gələn il Azərbaycanda turizm sahəsində vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

Tarix: 4 Dekabr 2019 11:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

F.Zenqstşmitin fikrincə, vergi güzəştlərinin tətbiqi ölkədə turizm biznesinin inkişafına böyük töhfə verəcək.

O hesab edir ki, "Turizm haqqında" qanun layihəsinin qəbulu nəticəsində gələn il ərzində çoxlu müsbət dəyişikliklər baş verəcək.

F.Zenqstşmitin sözlərinə görə, Azərbaycan turizmi dünyada ötən ilə nisbətən daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib.

İcraçı direktor əlavə edib ki, Şəkidə, Lənkəranda aparılan sorğuların nəticələrinə əsasən, ən aşağı məmnunluq səviyyəsi aviabiletlərin qiyməti, yerli səyahət bazarı və nəqliyyat sisteminin keyfiyyəti ilə bağlıdır: "Bu sahədə inkişafın baş verməsinə ehtiyac var. Buna nail olmaq, bu sahədə tövsiyələrin verilməsi üçün növbəti illərdə birgə əməkdaşlığın qurulması qarşıda duran əsas vəzifələrdəndir".

F.Zenqstşmit bildirib ki, yaradılacaq turizm reyestri xarici partnyorlara daxili bazarı əyani şəkidə təsvir etməyə imkan verəcək: "Məlumat bazasının yaradılması vacibdir. O da qeyd edilməlidir ki, bu bazanın vaxtaşırı yenilənməsi də vacibdir. Bu, bizim əsas məqsədlərimizdən biridir. İnnovasiya və texnologiyanı inkişafımızda diqqətimizdə saxlamalıyıq. Biz Azərbaycanda bu sahədə geri qalmamalıyıq, amma bu gün innovativ texnologiya layihələrinin icrasında geri qalmalar var. Növbəti ildə Azərbaycan Turizm Şurası ilə Azərbaycan Hotel Assosiasiyası arasında birgə işçi qrup təşkil edərək bunun inkişafını nəzərdən keçirəcəyik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gələn Azərbaycanda turizm sahəsində vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ