Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2024 20:18
"Apple" şirkəti Rusiyada bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Apple"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə "Apple" şirkətini 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərdən "Google", "TikTok" və "Telegram" kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.