Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Harris qalib gəlsə, müharibə uzanacaq - Kobaxidze

Harris qalib gəlsə, müharibə uzanacaq - Kobaxidze

Tarix: 6 Noyabr 2024 00:18

ABŞ-da hansı administrasiyanın olmasından asılı olmayaraq Ukraynada müharibə bitən kimi münasibətlər keyfiyyətcə yenilənəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli telekanala açıqlamasında deyib.

O, müharibə bitəndən sonra Qərbin Gürcüstana təzyiqinin azalacağını deyib.

Kobaxidze müharibədən öncə Gürcüstanın Qərblə çox yaxşı münasibətlərinin olduğunu, lakin müharibədən sonra fərqli maraqların ortaya çıxdığını deyib.

Baş nazir ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə Ukraynada müharibənin daha tez başa çatacağını, Kamala Harrisin qələbəsinin isə müharibəni daha bir neçə ay uzadacağını deyib.

"Mən hər bir halda müharibənin gələn il başa çatacağını düşünürəm", - Baş nazir deyib.

Hökumət başçısı ABŞ və Aİ ilə münasibətlərin hazırkı vəziyyətindən məmnun olmadığını, Gürcüstan hökumətinin münasibətlərin yenidən başladılması üçün əlindən gələni edəcəyini vurğulayıb.


Etiketlər:  Harris qalib gəlsə müharibə uzanacaq Kobaxidze


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ