Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2024 23:14
ABŞ-də gəlin prezident seçkisində səs verməkdən imtina etdiyi üçün bəylə nişanı pozmaq istədiyini deyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, gəlin "Reddit" portalına müsahibəsində bu barədə şikayətini dilə gətirib.
Floridadan olan gəlin etiraf edib ki, ABŞ-də prezident seçkisində səs verməkdən imtina etdiyi üçün nişanlısı ilə ayrılmağı düşünür. O, gələcəklə bağlı narahatlığını ifadə edib və bildirib ki, siyasi baxışlarının oxşar olmasına baxmayaraq, partnyorunun niyə səs verməkdə maraqlı olmadığını başa düşmür.
Qadının müsahibəsi sosial şəbəkə istifadəçiləri arasında geniş əks-səda doğurub. Bəzi insanlar onu dəstəkləyiblər və iddia ediblər ki, seçkidə fəal iştirak edən birinin yanında olmaq vacibdir. Bəziləri isə partnyorun şəxsi seçiminə hörmətlə yanaşmağa çağırıblar.
Bir çox şərhçi qeyd edib ki, siyasi baxışlardakı fərqlər münasibətləri əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.