Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimlər bacıma 1 il vaxt qoymuşdular, 7 ildir yaşayır'' - FOTO

''Həkimlər bacıma 1 il vaxt qoymuşdular, 7 ildir yaşayır'' - FOTO

Tarix: 7 Noyabr 2024 21:40

Müğənni Habil Əhmədov "Günə bax" verlişində başına gələnlərlə bağlı danışdıqlarıyla verlişə damğa vurub.

Sonxeber.net titul.az-a istinadən xəbər verir ki, gənc müğənni bir neçə il öncə atasını itirdikdən sonra bacısına da mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu dedi.

Lakin müğənniliyi bir kənara atıb, bacısını xilas etmək üçün bütün çıxış yollarına baş vurduğunu bildirən Habil, həkimin "bacının ömrünə uzağı 1 il vaxt qalıb" deməsindən sonra mübarizədən soyumadığını qeyd edib. O, bacısının sağlamlığı üçün həm külli miqdarda maddiyat xərclədiyini, həm də paralel olaraq onu psixoloji olaraq bu xəstəliklə mübarizəyə hazırlamaq üçün əlindən gələni etdiyini deyib.

Habil nəticədə həkimin o sözündən 7 il keçməsinə rəğmən bacısının yaşadığını bildirib:

"Bacıma 1 il vaxt qoydular, 7 ildir yaşayır".


Etiketlər:  Həkimlər bacıma vaxt qoymuşdular ildir yaşayır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ