Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2024 22:50
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin "Nativ" kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın "Pogled İnfo" portalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:
"Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək.
Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə - Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan, bəlkə də Belarusla münasibətləri gücləndirməkdir".