Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2024 13:04
"İqlim dəyişikliyi səbəbindən xüsusilə Afrikada zərər görən çox ölkələr var və mən bu halların şahidiyəm".
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29 tədbirinin iştirakçısı - Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi Amina Idan Paul deyib.
O qeyd edib ki, təmsil etdiyi təşkilat COP29 çərçivəsində bir çox problemi gündəmə gətirməyə çalışacaq: "İqlim problemlərimizi təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik. Məhz bu səbəblərdən COP29-da iştirak etdiyim üçün çox həyəcanlıyam. Çünki iqlim dəyişikliyindən xüsusilə Afrikada zərər görən insanların sayı artır. Buna görə də danışıqların nəticəsi məni olduqca həyəcanlandırır".