Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Tarix: 11 Noyabr 2024 14:40

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkil edəcəyi tədbirdə yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq.

Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsini, İKT sektorunda emissiyaların azaldılmasını və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır.

Maraqlı tərəflər bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.


Etiketlər:  Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq


RƏYLƏR