Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 16:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycan üçün artıq formalaşmış turizm bazarlarıdır:
"Ona görə də ötən illərdə olduğu kimi, bu il də adıçəkilən ölkələrdən daha çox turistin gəlmə tendensiyası müşahidə ediləcək".
K.Quluzadə qeyd edib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var: "Bunlar Avropa və Asiya ölkələri, müəyyən mənada isə ABŞ, Şimali Afrikadan olan ölkələrdir ki, bu istiqamətlər üzrə də Azərbaycana gələnlərin sayında artım var".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin