Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 23:58
"Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze "İmedi" telekanalına müsahibəsində deyib.
"Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, əgər Zurabişvili belə bir qərar qəbul edərsə, o, azadlığa buraxıla bilməyəcək. Çünki ona qarşı qaldırılan başqa mühüm işlər də var", - deyə o qeyd edib.