Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2024 13:18
COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respublikasının Milli Məclisi ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Sonxeber.net xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Qlobal Tolerantlıq və Sülh Şurası tərəfindən isə qurumun sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Qeyd edək ki, Anlaşma Memorandumu 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günündə imzalanıb. 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında "Tolerantlıq prinsipləri Bəyannaməsi" qəbul edilib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.