Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2024 07:54
"New Yorker" moda şəbəkəsinin yaradıcısı və sahibi Fridrix Knapp 73 yaşında vəfat edib.
Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, Knapp tərəfindən qurulan tekstil ticarət şəbəkəsində hazırda 23 000-ə yaxın işçi çalışır və dünyanın 47 ölkəsində 1200-dən çox filialı var.
Fridrix Knapp 1971-ci ildə Tilmar Hansen və Mişel Simson ilə birlikdə "New Yorker" geyim şəbəkəsini qurub. İlk mağaza Almaniyanın Flensburq şəhərində açılıb.
"Forbes"in məlumatına görə, Knappın sərvəti 4,6 milyard dollar olaraq qiymətləndirilir.