Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Ukraynaya icazə verdi - Rusiyaya uzaqmənzilli raket ata bilər - Yenilənib

Bayden Ukraynaya icazə verdi - Rusiyaya uzaqmənzilli raket ata bilər - Yenilənib

Tarix: 18 Noyabr 2024 08:00

07:58

ABŞ-dan sonra Fransa və Böyük Britaniya da SCALP/ "Storm Shadow" uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu haqda öz mənbələrinə istinadən "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.

Qeyd edək ki, az əvvəl ABŞ prezidenti Co Baydenin də anoloji olaraq Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli ATACMS tipli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verdiyi ilə bağlı məlumat yayılmışdı.

SCALP/"Storm Shadow" raketlərinin uçuş məsafəsi ABŞ-ın ATACMS raketlərindən də uzundur. Raketlərin ixrac versiyasının uçuş məsafəsi 290 km, adi versiyaların uçuş məsafəsi isə 560 km-dir.

Qeyd edək ki, əvvəllər Britaniya və Fransanın bu raketləri Ukraynaya ötürdüyü haqda məlumat yayılsa da tam olaraq hansı versiya raketlərin göndərildiyinə dair məlumat verilməmişdi.

---------------
2024.11.17

ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə ATACMS tipli uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu addım Ukrayna ordusunun Rusiyanın Kursk vilayəti ərazisindəki mövqelərini müdafiə hüququ ilə əsaslandırılıb.

"Reuters" agentliyi isə Ukraynanın yaxın günlərdə Rusiyaya raket hücumu etməyə hazırlaşdığını yazıb.


Etiketlər:  Bayden Ukraynaya icazə verdi Rusiyaya uzaqmənzilli raket bilər Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ