Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2024 18:32
Məşhur "Forbes" nəşri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ"ın və Avropa Klublar Assosiasiyasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının yaradılmasından yazıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəşr alyansa məşhur klubların qatıldığını qeyd edib.
Yazıda bildirilib ki, "Atletiko", "Fənərbaxça", "Flamenqo", "Qalatasaray", "Liverpul", "Malmö", "Porto", "Betis", "Tottenhem" və "Udineze" kimi klublar alyansa qatılıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da alyansla bağlı paylaşım edib.