Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək''

''Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək''

Tarix: 23 Noyabr 2024 11:32

Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək.

Sonxeber.net xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib.

Paşinyan qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək.

"Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı, COP29-dan sonra bu proseslər davam edəcək", - deyə baş nazir bildirib.

Nərmin


Etiketlər:  Azərbaycan Ermənistan yeni delimitasiya sahəsi seçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ