Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Quran”ı yandırıb, dövlətə xəyanət edən şəxsin cəzası bilindi - FOTO

“Quran”ı yandırıb, dövlətə xəyanət edən şəxsin cəzası bilindi - FOTO

Tarix: 25 Noyabr 2024 19:42

Rusiyada "Quran"ı yandırmağa görə 3,5 il həbs cəzası alan Nikita Juravlyov dövlətə xəyanət cinayətinə görə də təqsirli bilinib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Juravlyov dövlətə xəyanət cinayətinə görə, 13 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Cinayətlərinin məcmusuna əsasən, o, cəzasını ciddi rejimli koloniyada çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın versiyasına görə, Juravlyov messencer vasitəsilə fəal şəkildə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. 2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib.


Etiketlər:  Quranı yandırıb dövlətə xəyanət edən şəxsin cəzası bilindi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ