Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2024 07:15
Xalq artisti Bilal Əliyev illərdir eyni formada qalmasının sirrini bölüşüb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "7 Tamam" verilişində danışıb. O, insanları bəzi qidalardan uzaq durmağı məsləhət görüb:
"Artıq 65 yaşım var, məncə, xalqımıza məsləhət verə bilərəm. Qırmızı əti, yağlı yeməkləri çox yeməyin. Yağlardan çox istifadə etməyin. Hazırladıqlarınız yeməklərı yağsız edin. Hər yerdə ucuz qiymətə göyərti, təbii süd və qatıq var. Bunlardan istifadə edin. Sözsüz ki, hər gün 8 saat yatın və fiziki işlə məşğul olun".