Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2024 13:50
Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov AFFA-da çalışa bilər.
Sonxeber.net bildirir ki, Mahmud Qurbanova inzibatı vəzifələrdən biri həvalə edilə bilər.
Təcrübəli mütəxəssis uzun zaman baş məşqçi kimi fəaliyyət göstərib. O, "Kəpəz", Azərbaycan milli komandası, "Neftçi-2" klublarında məşqçi və baş məşqçi olub.
Qeyd edək ki, mütəxəssisin son iş yeri "Səbail" komandası olub. /news24.az/