Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2024 16:35
Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı ilə sualları cavablamaq istəməyib.
Sonxeber.net bildirir ki, o, bu barədə məsələyə "İnstaqram" hesabında paylaşım edərək aydınlıq gətirib:
"Hörmətli media nümayəndələri və əziz tamaşaçılar, məni sevərlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəsiyyətinə əsasən onun üç yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur və onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram! Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəm! Vətənimin bütün gəncləri, mənim doğma övladlarımdır! Deyəcəklərim bu qədər!".