Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ətrafına milyarderləri yığır

Tramp ətrafına milyarderləri yığır

Tarix: 3 Dekabr 2024 18:28

Donald Tramp administrasiyası milyarderlərə dövlət vəzifəsi təklif etdiyinə görə ölkə tarixinin ən zənginlərindən birinə çevrilə bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

Materialda deyilir: "Tramp öz kabinetinə 8 milyarder təyin edib ki, bu da tarixin ən zəngin prezident administrasiyasıdır. Siyahıda  biznesmen İlon Mask, həmçinin "Roivant Sciences"ın səhmdarı Vivek Ramasvami də var. "Kuşner Companies"-in təsisçisi və sahibi Çarlz Kuşner ABŞ-nin Fransadakı səfiri təyin edilib. Daşınmaz əmlak investoru Stiv Vitkoff Yaxın Şərq üzrə xüsusi elçi olacaq. "TKO Group Holdings Inc" media korporasiyasının keçmiş direktoru Linda McMahon təhsil katibi vəzifəsini tutacaq. Maliyyə xidmətləri şirkəti "Cantor Fitzgerald"ın direktoru Howard Lutnick ticarət katibi vəzifəsinə namizədlərdən biridir. "Key Square Group" investisiya firmasının rəhbəri Scott Bessent Xəzinədarlıq Departamentinin rəhbəri təyin edilib.  Bundan əvvəl Tramp Kanadanın baş naziri Castin Trüdo ilə söhbətində ölkənin ABŞ-nin 51-ci ştatı ola biləcəyini bildirmişdi. /konkret.az/


Etiketlər:  Tramp ətrafına milyarderləri yığır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ