Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2024 20:38
İrəvanda avtobus sürücüləri tətil edir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, tətil edən sürücülər "WhatsApp" tətbiqi vasitəsilə işdən çıxarılmaları barədə bildiriş alıblar.
Bu barədə jurnalistlərə işdən çıxarılan sürücülərin özləri aldıqları bildirişi göstərərək bildiriblər.
İşdən çıxarılan sürücülərin sayı 20 nəfəri keçib.
Qeyd olunur ki, "Yerevan Bus" QSC-nin sürücüləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə dekabrın 3-ü səhər saatlarında elan olunmamış tətilə başlayıblar.