Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 13:16
"Barselona" futbolçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb. Kataloniya təmsilçisinin ispan oyunçu ilə bu müddəti daha 2 il uzatmaq imkanın olduğu bildirilib. Fatinin qiyməti 100 milyon avrodan 170 milyon avroya yüksəldilib.
Qeyd edək ki, Fati bu mövsüm "Barselona"da 11 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib. O, Kataloniya klubuda rəsmi matçda oynamış ikinci ən gənc oyunçudur.