Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 10:04
Binəqədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov uzun müddətdən sonra Bakıda görünüb.
Eks-başçı paytaxtın mərkəzində yalnız halda piyada yürüş edərkən Demokrat.az-ın fotoqrafı tərəfindən görüntülənib.
Milli Məclisin binası önündə çəkilmiş fotolardan aydın olur ki, 62 yaşlı Xaləddin İsgəndərov xeyli qocalıb, saçları ağarıb.
Xaləddin İsgəndərov 2015-ci ilin mayında, Bakının "Azadlıq" prospektində 15 nəfərin ölümü ilə nəticələnən binanın yanması faciəsinə görə gündəmə gəlmişdi.
Məhz bu faciədən sonra o, icra başçısı vəzifəsini itirmişdi. Vəzifədən gedəndən sonra isə Xaləddin İsgəndərov görünmürdü.
Sonxeber.net Demokrat.az-a istinadən sabiq icra başçısının uzun illərdən sonra çəkilmiş yeni görüntülərini təqdim edir: