Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 20:06
"Ankaragücü"də çıxış edən millimizin üzvü zədəsini sağaldıb.
Sonxeber.net xəbər verir ki, bir müddət öncə əməliyyat olunan millimizin üzvü bərpa prosesini başa vurub.
25 yaşlı Renat Dadaşov 2 gündür məşqlərə başlayıb. Renat kollektivlə birlikdə növbəti oyunun hazırlıqlarına başlayıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlindən "Ankaragücü"də çıxış edir. Azərbaycanlı hücumçu I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib. /News24.az