Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 00:28
Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Deputat bildirib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
O qeyd edib ki, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə edilir. Bütövlükdə, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur.
İndiyədək Fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.