Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 11:36
Donald Tramp Suriyadakı vəziyyətlə bağlı "bu bizim savaşımız deyil, ABŞ buna qarışmamalıdır" açıqlamasını səsləndirsə də, o yanvarın 20-də Ağ Evə yerləşdikdən sonra Pentaqonun, Mərkəzi Kəşfiyyat İdarəsinin, Dövlət Departamentinin hesabatlarını və müşavirlərinin məsləhətlərini nəzərə almaq məcburiyyətində qalacaq. Bunu Amerikanın dərin dövlət ənənəsi tələb edir.
Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Tramp birinci prezidentliyi dönəmində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ABŞ-ın Suriyada PKK-ya bağlı qruplara dəstək verməyəcəyini və qoşunlarını Suriyadan çıxaracağını vəd etmişdi:
"Tramp vədini yerinə yetirə bilmədi, çünki onun masasına qoyulan hesabatlar fərqli idi, amerikalı diplomatlar və generallar "biz Suriyada olmalıyıq" fikrini ona təlqin etdirdilər. Bu dəfə də belə olacaq".