Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank AÇIQLADI: Kəsr var, 1,6 milyard dollar

Mərkəzi Bank AÇIQLADI: Kəsr var, 1,6 milyard dollar

Tarix: 11 Dekabr 2024 11:16

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xidmətlər balansının kəsiri təxminən 1,6 milyard ABŞ dolları təşkil edib.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

"Kəsir əsasən tikinti və digər işgüzar xidmətlərin hesabına formalaşıb. Əvəzində 9 ayda nəqliyyat xidmətləri üzrə 862 milyon ABŞ dolları, turizm xidmətləri üzrə isə 359 milyon ABŞ dolları profisit yaranıb", - deyə AMB rəsmisi qeyd edib.


Etiketlər:  Mərkəzi Bank AÇIQLADI Kəsr milyard dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ