Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriya konstitusiyası qüvvədən düşdü, parlamentin fəaliyyəti dayandırıldı

Suriya konstitusiyası qüvvədən düşdü, parlamentin fəaliyyəti dayandırıldı

Tarix: 12 Dekabr 2024 17:44

Suriyada konstitusiyanın qüvvəsi və parlamentin fəaliyyəti üç ay müddətinə dayandırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin yeni hökuməti bəyanat yayıb.

Bildirilib ki, həmin müddət keçid dövrü olaraq müəyyən edilib.

"Konstitusiyanı araşdırmaq və sonra düzəlişləri təqdim etmək üçün məhkəmə və insan hüquqları komitəsi yaradılacaq", - sözçü bildirib.

Xatırladaq ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər. Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib. Baas Partiyasının 61 illik hakimiyyətinin sona çatması ilə rejim lideri Əsəd paytaxtdan qaçıb.

Nərmin


Etiketlər:  Suriya konstitusiyası qüvvədən düşdü parlamentin fəaliyyəti dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ