Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2024 21:34
Dəməşqdəki tarixi Əməvi məscidi 61 illik Əsəd rejiminin devrilməsindən sonra ilk cümə gününə ev sahibliyi edib. Şəhərlərdə, o cümlədən Dəməşq, Hələb, Mənbic, Həma, Homs, Tel Rıfat və İdlib kimi bölgələrdə yaşayan suriyalı müsəlmanlar, təzyiq olmadan cümə namazını qılmaq üçün məscidlərə axışdılar. Dəməşqə axın edən suriyalılar cümə namazını tarixi Əməvi məscidində qılacaqlar.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, suriyalılar, cümə namazı qılmaq üçün 7 min kvadratmetr sahəyə axın edərkən məsciddə açılan Türkiyə bayrağının görüntüləri böyük əks-səda doğurub.
TRT Xəbər müxbiri, Əməvi məscidində baş verənləri xəbər verərkən "Əməvi məscidində tarixi anların şahidi olduq. Azad Suriyada minlərlə insan cümə namazını qıldı. Əməvi məscidində Türkiyə bayrağı dalğalanır," deyib. Ekranlarda görünən görüntülərdə, bir suriyalı şəxs Türkiyə bayrağını öpərkən əks olunub.
Əməvi məscidində TRT-nin mikrofonuna danışan bir suriyalı "Çox xoşbəxtik. Yaşasın Türkiyə" deyib.
Yeni müvəqqəti administrasiyanın baş naziri Məhəmməd əl-Bəşir də Əməvi məscidində çıxış edib. Məscidin 7 min kvadratmetr sahəsi tamamilə zəbt edilib.