Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 14:54
Tədqiqatçılar İsveçdəki Karolinska İnstitutu və Kolumbiya Universitetinin birgə araşdırmasında ürəkdə "mini beyin" aşkar ediblər.
Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, bu yeni kəşf, ürəyin döyüntüsünü idarə edən öz sinir sisteminin olduğunu göstərir. Əvvəlcə ürəyin sadəcə beyindən gələn siqnallarla idarə olunduğu düşünülürdü, amma araşdırmalar ürəyin sinir sisteminin daha mürəkkəb olduğunu ortaya qoydu.
Tədqiqatçı Konstantinos Ampatzis, ürəyin sinir sisteminin ürək döyüntüsünü tənzimləyən, ritmik funksiyaları idarə edən mühüm bir rol oynadığını bildirdi.
Bu kəşf ürək xəstəlikləri və ritm pozğunluqları üçün yeni müalicə üsullarına imkan yarada bilər.
Prof. Dr. Okay Abacı, bu tapıntıların ürək xəstəliklərinin müalicəsində inqilabi inkişaflar gətirə biləcəyini qeyd etdi.
Araşdırma zebra balığı üzərində aparılıb və nəticələr insan ürəyinə bənzərdir.
Bu kəşf ürəyin sinir şəbəkəsinin pozulmasının ritm pozğunluqlarına səbəb ola biləcəyini göstərdi. Gələcək müalicələr ürəyin sinir sisteminə yönələcək.