Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsxana torpağı ilə birlikdə satışa çıxarıldı - FOTO

Həbsxana torpağı ilə birlikdə satışa çıxarıldı - FOTO

Tarix: 22 Dekabr 2024 07:04

Giresun vilayəti Xüsusi İdarəsi Keşap rayonunda yerləşən açıq həbsxananı torpaq sahəsi ilə birlikdə satışa çıxarıb. 

Sonxeber.net-ın xarici mediaya istinadla xəbərinə görə,  həbsxana və onun ərazisi üçün cəmi 19 milyon 750 min lirə (560 min dollardan çox) pul istəndiyinə dair məlumatların da yer aldığı elan qısa müddətdə gündəmə gəlib. 

Özlərinə məxsus olan və Keşap rayonu Karabedir məhəlləsində yerləşən açıq həbsxananı torpaq sahəsi ilə birlikdə satışa çıxaran Giresun vilayəti Xüsusi İdarəsi, daşınmaz əmlak üçün qapalı tender ilə satış tenderlərinin keçiriləcəyini bildirib. 

Tenderin dekabrın 30-da keçiriləcəyi bildirilərkən, elanda həbsxanaya və torpaq sahəsinə bu qiymətə sahib olmaq istəyənlərin depozitə qoyacağı müvəqqəti zəmanət məbləğinin 592 min 500 lirə (17 min dollara yaxın) olduğu bildirilib. /Lent.az


Etiketlər:  Həbsxana torpağı ilə birlikdə satışa çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ