Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özbaşına'' tikililərin sənədləşdirilməsinə başlanılacaq? - ARAŞDIRMA - VİDEO

''Özbaşına'' tikililərin sənədləşdirilməsinə başlanılacaq? - ARAŞDIRMA - VİDEO

Tarix: 23 Dekabr 2024 06:48

Torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklər yeni ildən qüvvəyə minir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək.

Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlar elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, inşa edilmiş "özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq, yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək.

Ekspert isə deyir ki, bu iddialar həqiqəti əks etdirmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 


Etiketlər:  Özbaşına tikililərin sənədləşdirilməsinə başlanılacaq ARAŞDIRMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ