Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2024 12:40
İranda internet məhdudiyyətləri ilə bağlı verdiyi vədi yerinə yetirmədiyinə görə ölkə Prezidenti Məsud Pezeşkiana qarşı tənqidlər artıb.
Sonxeber.net xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə xəbər yayıb.
Bildirilib ki, bəziləri onun istefasını və ya hökumətdəki yeni rabitə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı müraciətlər olub.
Bir sıra sosial media istifadəçiləri də prezident seçkisi zamanı Məsud Pezeşkianın dediklərini yenidən xatırladaraq, sözünü yerinə yetirmədiyi təqdirdə istefa etməsini istəyiblər.