Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2024 08:48
Suriya keçmiş prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd ilə bağlı son hadisələr dünya mediasının diqqət mərkəzindədir.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, Əsma Əsədin Dəməşqin təslim olmasından əvvəl Rusiyaya sığınması, onun Suriya rejimindən uzaqlaşmaq niyyətini göstərən addım kimi qiymətləndirilir. İngilis vətəndaşlığına malik olan Əsma Əsədin Rusiya tərəfinə həyat yoldaşı ilə boşanmaq istədiyini bildirdiyi iddia edilir. Bundan əlavə, Rusiyanın Əsəd ailəsinə məxsus olduğu iddia edilən 270 kiloqram qızıl, 2 milyard dollar və 18 mənzilə məhdudiyyət qoyduğu da iddia olunur. Kremlin isə bu məlumatları təkzib edib. Kremlin nümayəndəsi Dmitri Peskov Əsma Əsədin boşanmaq və Rusiyanı tərk etmək istədiyi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Əsma Əsədin keçmişi ilə də diqqət çəkir. Belə ki o, Londonda anadan olub, ali təhsilini "King's College"də kompüter mühəndisliyi sahəsində alıb və bankir kimi uğurlu karyera qurub. O, 2000-ci ildə Bəşər Əsəd ilə evləndikdən sonra Suriya rejiminin "modern üzü" olaraq təqdim edilməyə başlanıb. Əsma Əsəd Suriya xalqı arasında "Çöldəki Gül" kimi tanınıb və xüsusilə 2011-ci ildə "Vogue" jurnalında dərc olunan məqalə ilə diqqət mərkəzinə düşüb. Lakin həmin məqalənin müəllifi sonradan bu addımına görə peşman olduğunu və bunu karyerasının qüsuru kimi dəyərləndirdiyini deyib. Son illərdə isə Əsma Əsəd ciddi sağlamlıq problemləri ilə üzləşib. 2018-ci ildə döş xərçəngi diaqnozu qoyulan Esma Əsəd daha sonra xəstəliyi məğlub etdiyini açıqlayıb. 2024-cü ildə isə ona qan xərçəngi diaqnozu qoyulduğu barədə məlumatlar yayılıb. Metbuat.az