Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən məşhur Türkiyə şirkətinə ağır zərbə

Putindən məşhur Türkiyə şirkətinə ağır zərbə

Tarix: 31 Dekabr 2024 10:58

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Anadolu Efes şirkətinə zərbə vuran fərman imzalayıb.

Rusiya mətbuatına istinadən xəbər verir ki, fərmanla Türkiyə şirkətinin payçı olduğu "AB InBev Efes" ASC-də beynəlxalq pivə istehsalçısı olan AB InBev Efes B.V. şirkətinin payı "Birgə Şirkətlər Qrupu" ASC-nin müvəqqəti idarəçiliyinə verilib.

Xatırladaq ki, Ukraynadakı işğalçı müharibəyə görə Hollandiyanın AB InBev Efes B.V. şirkəti Rusiyadakı biznesindən çıxdığını elan edib. Türkiyə şirkəti Hollandiyalı tərəfdaşının birgə müəssisə olan "AB InBev Efes" ASC-dəki payını almaq üçün Rusiya xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasına müraciət edib. Lakin komissiya uzun müddət müraciətə cavab verməyərək bu ilin iyununda Türkiyə şirkətinə imtina cavabı göndərib. Şirkət yenidən komissiyaya və Rusiya prezidentinə müraciət etmişdi.

AB InBev Efes 30 mart 2018-ci ildə Rusiyada AB InBev və Anadolu Efes şirkətlərinin birləşməsi nəticəsində yaradılmış pivə istehsalı şirkətidir. AB InBev Efes-in Rusiyada 11 pivə zavodu və 3 səməni kompleksi var. Şirkətin portfeli 75-dən çox brenddən ibarətdir. Son aylarda xarici mətbuatda çox gəlirli bir sahədə uğurla fəaliyyət göstərən şirkətə Putinin yaxın çevrəsindən kiminsə göz dikdiyinə dair məlumatlar yayılırdı.

Putinin fərmanından sonra Türkiyə şirkətinin İstanbul Birjasında ticarət olunan səhmləri 9,98 faiz ucuzlaşıb. / Musavat.com


Etiketlər:  Putindən məşhur Türkiyə şirkətinə ağır zərbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ