Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2025 18:27
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub.
Sonxeber.net xəbər verir ki, bu barədə bu gün Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, sülh və sabitlik regionun iqtisadi potensialına töhfə verəcək.
"Azərbaycan və Gürcüstan intensiv əməkdaşlığı və qonşuluq münasibətlərini davam etdirəcək. Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir.
İki ölkə arasında münasibətlərin dərinləşməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bunun davamlı olması üçün çalışırıq",- deyə o əlavə edib.