Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2025 23:48
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
"Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi "Araz-Naxçıvan"la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.
"Qarabağ" çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm".