Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 18:56
Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordanın oğlu Markus Cordan həbs edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Mənbənin məlumatına görə, kiçik Jordan bir neçə cinayətdə ittiham olunub. İttihamlara sərxoş vəziyyətdə avtomobil idarə etmək, kokain gəzdirmək və polisə müqavimət göstərmək daxildir.
Hazırda Markusun Orinc dairəsi həbsxanasında saxlanıldığı bildirilir. Nəşr əfsanəvi idmançının oğlu ilə əlaqə saxlasa da, hələlik ondan heç bir şərh almayıb. /baku.ws