Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkiandan Trampın hədələrinə CAVAB

Pezeşkiandan Trampın hədələrinə CAVAB

Tarix: 6 Fevral 2025 14:24

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın "Tehranın neft ixracını sıfıra endirmək" siyasətinə reaksiya verib.

Sonxeber.net xəbər verir ki, Məsud Pezeşkian Energetika Nazirliyində keçirilən mərasimindəki çıxışında deyib: "Amerikalılar neft ixracatımızı dayandırmaq istəyirlər, çünki onlar hər şeyin neftdən asılı olduğunu düşünürlər. Sanksiyaları neytrallaşdırmağın bir çox yolu var".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "İrana maksimum təzyiq" siyasətini canlandıracaq fərman imzalayıb.

Tramp bu qərardan məmnun olmadığını, lakin "İrana qarşı sərt davranmağa məcbur olduğunu" deyib.

"İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın nüvə silahı ola bilməz", - Tramp deyib. /Modern.az


Etiketlər:  Pezeşkiandan Trampın hədələrinə CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ