Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi

Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi

Tarix: 10 Fevral 2025 10:39

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.


Etiketlər:  Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi


RƏYLƏR