Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq

Tarix: 12 Fevral 2025 10:27

Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır.

Sonxeber.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.

"Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  Prezident Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ