Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” geriləyib, “Neftçi”dən irəliləyiş

“Qarabağ” geriləyib, “Neftçi”dən irəliləyiş

Tarix: 14 Fevral 2025 14:26

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı "Qarabağ"dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu bir pillə geriləyib.

Üç pillə irəliləyən "Neftçi" 19 xalla 254-cüdür. 4 xal az toplayan "Sabah" 2 pillə geriləyərək 278-ci sıraya enib. 14 xala malik "Zirə" 5 pilləlik yüksəlişlə 286-cıdır.

Qeyd edək ki, siyahıya 2489 xala malik "Real" başçılıq edir.


Etiketlər:  Qarabağ geriləyib Neftçidən irəliləyiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ