Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2025 23:05
"Kahtalı Miçe" kimi tanınan türkiyəli müğənni Mustafa Kahtalı vəfat edib.
Sonxeber.net xəbər verir ki, ifaçı 74 yaşında Antalyada müalicə aldığı xəstəxabda dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. O, ömrünün son 4 ayını xəstəxanda keçirməli olub.
Qeyd edək ki, Kahtalı 57 illik karyerasında 19 albom çıxarıb. 5 il əvvəl məhkəmə qərarı ilə soyadını "Aslan"dan "Kahtalı"ya dəyişib. Onun 4 övladı var. (Axşam.az)